İspaniya klubunun 5 üzvü danışılmış oyunlara görə həbs olunub

İspaniya klubunun 5 üzvü danışılmış oyunlara görə həbs olunub “Eldense”nin baş investoru, iki məşqçisi və iki futbolçusu saxlanılıb
Futbol
5 Aprel , 2017 20:27
İspaniya klubunun 5 üzvü danışılmış oyunlara görə həbs olunub

Bakı. 5 aprel. REPORT.AZ/ Futbol üzrə İspaniyanın 3-cü liqasında mübarizə aparan “Eldense” klubunun baş investoru, iki məşqçisi və iki futbolçusu həbs olunub.

“Report”un “Marca” nəşrinə istinadən verdiyi məlumata görə, bunlar müvafiq olaraq, Nobile Kapuani, Filippo di Pyero, Fransisko Ruis Kasares, Nikol Çafer və Maykl Qrinvuddur. Sözügedən şəxslər “Eldense”nin ölkə çempionatının XXXII turunda səfərdə “Barselona B” komandasına 0:12 hesabı ilə məğlub olduğu şübhəli matçla əlaqədar saxlanılıb.

Məsələ ilə bağlı İspaniya Futbol Federasiyası da araşdırmalara başlayıb.

“Cope” nəşrinin yazdığına görə, “Barselona B” ilə səfər matç “Eldense”nin üzvlərinin iştirakçısı olduğu danışılmış xarakter daşıyan yeganə oyun deyil deyil. Bildirilir ki, “Vilyarreal B” (0:4), “Atletiko Baleares” (0:5), “Kornelya” (1:3) və “Qava” (0:1) ilə görüşlər də bu qəbildəndir.

“Eldense”nin hər bir üzvü danışılmış oyuna görə 60-150 min avrə qazanıb. Onlar bu vəsaiti Asiya bukmeker kontorlarında öz oyunlarına pul qoyuluşu etmək və lazım olan nəticəni təmin etmək hesabına əldə ediblər.

Nəşr klubun italiyalı investoru N.Kapuaninin “WhatsApp” yazışmasını da dərc edib.

Qeyd edək ki, 32 turdan sonra sonuncu – 20-ci pillədə qərarlaşan “Eldense” klubunun rəhbərliyi “Barselona B”ya 0:12 hesablı məğlubiyyətdən sonra komandanın ölkə çempionatında çıxışını dayandırdığını açıqlayıb. İspaniya təmsilçisinin hücumçusu Şeyk Saad oyundan sonra 4 nəfər komanda yoldaşının “Barselona B”nin böyük hesabla qalib gəlməsinə köməklik göstərdikırini açıqlayıb.

Son xəbərlər

Orphus sistemi