İspaniya klubu həbsdə olan sabiq futbolçusu ilə müqavilə imzalayıb

İspaniya klubu həbsdə olan sabiq futbolçusu ilə müqavilə imzalayıb Futbolçu 4 il müddətinə azadlıqdan məhrum edilib
Futbol
29 Avqust , 2016 14:12
İspaniya klubu həbsdə olan sabiq futbolçusu ilə müqavilə imzalayıb

Bakı. 29 avqust. REPORT.AZ/ İspaniyanın "Real Aviles" klubu həbsdə olan sabiq futbolçusu Aleks Ariasla müqavilə imzalayıb. "Report"un "Marca"ya istinadən verdiyi məlumata görə, bu gün 27 yaşlı futbolçunun təqdimat mərasimi keçirilib.

Mərasim komandanın stadionunda baş tutub. Anlaşmaya əsasən, həbsdə olan futbolçu yalnız məşq və oyun vaxtı komandanın düşərgəsinə qoşulacaq. 

Qeyd edək ki, Arias 2015-ci ilin yanvarında 4 il müddətinə azadlıqdan məhrum edilib. O, 2011-ci ildə 2 nəfərin ölümü ilə nəticələnən avtomobil qəzasında təqsirkar bilinib.

Son xəbərlər

Orphus sistemi