İspaniya futbolunda yeni sistemdən ilk dəfə “Qarabağ”ın rəqibinin oyununda istifadə olunacaq

İspaniya futbolunda yeni sistemdən ilk dəfə “Qarabağ”ın rəqibinin oyununda istifadə olunacaq VAR "Atletiko" - "Elçe" görüşündə tətbiq ediləcək
Futbol
13 Noyabr , 2017 09:43
İspaniya futbolunda yeni sistemdən ilk dəfə “Qarabağ”ın rəqibinin oyununda istifadə olunacaq

Bakı. 13 noyabr. REPORT.AZ/ İspaniya futbolunda videotəkrar sistemindən (VAR) ilk dəfə Çempionlar Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqibi olan “Atletiko”nun oyununda istifadə ediləcək.

“Report” “Marca”ya istinadən xəbər verir ki, VAR sistemi noyabrın 29-da Madrid təmsilçisinin İspaniya Kubokunun 1/16 final mərhələsində “Elçe” ilə keçirəcəyi ev matçında tətbiq olunacaq. Bu kollektivlər arasındakı ilk qarşılaşma 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.

Qeyd edək ki, VAR-dan İtaliya A Seriyası və Almaniya Bundesliqasında istifadə olunur. İspaniya La Liqası “Top-5” liqalararı arasında topun qapı xəttini keçib-keçməməsi texnologiyasından da yararlanmayan yeganə çempionatdır.

Son xəbərlər

Orphus sistemi