Ronaldinyo "Barselona"ya səfir kimi qayıdıb

Ronaldinyo "Barselona"ya səfir kimi qayıdıb Hücumçu yaxın illərdə Kataloniya komandasını müxtəlif tədbirlərdə təmsil edəcək
Futbol
2 Fevral , 2017 23:46
Ronaldinyo Barselonaya səfir kimi qayıdıb

Bakı. 2 fevral. REPORT.AZ/ İspaniya "Barselona"sının sabiq futbolçusu Ronaldinyo kluba səfir kimi qayıdıb.

"Report"un məlumatına görə, 36 yaşlı hücumçu yaxın illərdə Kataloniya komandasını müxtəlif tədbirlərdə təmsil edəcək. O, həmçinin "Əfsanələr" layihəsinin bir hissəsi olacaq. Layihə çərçivəsində "Barsa"nın sabiq futbolçuları bütün dünyada futbol matçlarında iştirak edəcəklər.

Müqavilə fevralın 3-də "Nou Kamp" stadionunda bağlanılacaq. Mərasimə braziliyalı ulduzdan başqa klubun prezidenti Xosep Mariya Bartomeu da qatılacaq.

Qeyd edək ki, Ronaldinyo "Barselona"da 2003 - 2008-ci illərdə çıxış edib. O, 198 oyuna 91 qol və 52 məhsuldar ötürmə müəllifi olub.

Son xəbərlər

Orphus sistemi