İslandiyada futbol matçı qar çovğunu səbəbindən yarımçıq qalıb - VİDEO

İslandiyada futbol matçı qar çovğunu səbəbindən yarımçıq qalıb - VİDEO Futbolçular 70-ci dəqiqədə meydanı tərk etməli olublar
Futbol
108
25 Mart , 2017 00:54
İslandiyada futbol matçı qar çovğunu səbəbindən yarımçıq qalıb - VİDEO

Bakı. 25 mart. REPORT.AZ/ İslandiya Liqa Kuboku çərçivəsində "Fram" və "Breydablik" komandaları arasında keçirilən görüş güclü qar çovğunu səbəbindən yarımçıq qalıb.

"Report" xəbər verir ki, futbolçular oyunu davam etdirməyə çalışıblar, lakin 70-ci dəqiqədə hesab 1:0 "Breydablik"in xeyrinə olarkən meydanı tərk etmək məcburiyyətində qalıblar.

Futbolçuların əksəriyyəti dərhal soyunub-geyinmə otağına yollanıblar, lakin bəziləri havanın düzəlməsini ehtiyat oyunçular skamyasında gözləmək qərarına gəliblər. "Fram"ın qapıçısı hadisənin videosunu öz "Twitter" səhifəsində paylaşıb.

Son xəbərlər

Orphus sistemi