İslandiya prezidenti yığmanın oyununu azarkeşlərlə birgə izləyib

İslandiya prezidenti yığmanın oyununu azarkeşlərlə birgə izləyib Qudni Yohansson Kosovoya qarşı görüşə VİP lojadan deyil, azarkeş tribunasından baxmağı üstün tutub
Futbol
10 Oktyabr , 2017 12:12
İslandiya prezidenti yığmanın oyununu azarkeşlərlə birgə izləyib

Bakı. 10 oktyabr. REPORT.AZ/ İslandiya Prezidenti Qudni Yohansson ölkəsinin futbol üzrə yığma komandasının oyununu azarkeşlərlə birgə izləyib.

“Report” xəbər verir ki, dövlət başçısı 2018-ci il dünya çempionatının seçmə mərhələsinin sonuncu – X turu çərçivəsində Kosovoya qarşı görüşə VİP lojadan deyil, azarkeş tribunasından baxmağı üstün tutub.

Oyun islandiyalıların 2:0 hesablı qalibiyyəti ilə nəticələnib. Bu qələbədən sonra xalını 22-ə çatdıran İslaniya yığması İ qrupunda 1-ci olub və mundiala birbaşa vəsiqə qazanıb. Bu, həm də şimallıların iştirak edəcəkləri ilk dünya çempionatı olacaq.

Qeyd edək ki, İ qrupunda Xorvatiya 20 xalla 2-ci, Ukryana isə 17 xalla 3-cü olub.

Son xəbərlər

Orphus sistemi