İslandiya əhalisinin 20 faizi DÇ-2018 üçün Rusiyaya yollanacaq

İslandiya əhalisinin 20 faizi DÇ-2018 üçün Rusiyaya yollanacaq Bakı. 14 mart. REPORT.AZ/ İslandiya əhalisinin 20 faizi ölkələrinin futbol üzrə milli komandasını 2018-ci il dünya çempionatında dəstəkləmək üçün Rusiyaya gələcək.
Futbol
14 Mart , 2018 13:56
İslandiya əhalisinin 20 faizi DÇ-2018 üçün Rusiyaya yollanacaq

Bakı. 14 mart. REPORT.AZ/ İslandiya əhalisinin 20 faizi ölkələrinin futbol üzrə milli komandasını 2018-ci il dünya çempionatında dəstəkləmək üçün Rusiyaya gələcək.

“Report”un məlumatına görə, bu barədə TASS-a İslandiya Futbol Assosiasiyasının prezidenti Qundi Berqsson açıqlama verib. O, deyib ki, ölkəsi üçün ayrılan biletlərin 80 faizi satılıb: “İslandiya millisinin dünya çempionatındakı azarkeşləri Avropa çempionatındakından az olmayacaq. Ölkə əhalisinin 20 faizə yaxını mundiala gələcək. Bəziləri hətta bir oyun üçün məzuniyyətlərini Rusiyada keçirməyi planlaşdırırlar. Bu, çox gözəldir. Əminəm ki, Rusiyaya gedənlər oranın təbiətindən maksimum zövq alacaqlar və yerli əhalinin qonaqpərvərliyini görəcəklər”.

Qeyd edək ki, İslandiya əhalisinin sayı 330 min nəfərdir. Dünya çempionatının oyunları 14 iyun - 15 iyulda Rusiyanın 11 şəhərində keçiriləcək. İslandiyalılar Argentina, Xorvatiya və Nigeriya yığmaları ilə birgə D qrupunda yer alıblar.

Son xəbərlər

Orphus sistemi