İsgəndər Cavadova Prezident təqaüdü verilib

İsgəndər Cavadova Prezident təqaüdü verilib O, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə fərdi təqaüd alacaq
Futbol
22 Sentyabr , 2016 18:24
İsgəndər Cavadova Prezident təqaüdü verilib

Bakı. 22 sentyabr. REPORT.AZ/ Prezident İlham Əliyev İsgəndər Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, sənədə əsasən, Azərbaycan futbolunun inkişafı və təbliği sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə İsgəndər Cavad oğlu Cavadova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Son xəbərlər

Orphus sistemi