İranın futbol klublarına Türkiyədə təlim-məşq toplanışı keçirmək qadağan edilib

İranın futbol klublarına Türkiyədə təlim-məşq toplanışı keçirmək qadağan edilib Təbrizin "Traktorsazi" futbol klubu bu il Türkiyədə təlim-məşq toplanışı keçirə bilməyəcək
Futbol
24 İyun , 2016 16:21
İranın futbol klublarına Türkiyədə təlim-məşq toplanışı keçirmək qadağan edilib

Bakı. 24 iyun. REPORT.AZ/ Təbrizin "Traktorsazi" futbol klubu bu il Türkiyədə təlim-məşq toplanışı keçirə bilməyəcək.

"Report" "Fars" xəbər agentliyinə istinadən xəbər verir ki, Tehranın "İstiqlal" klubu da təlim-məşq toplanışını Türkiyədə keçirməyəcək.

İranın Gənclər və İdman Nazirliyinin Xarici İşlər Şurası bunu Türkiyədə təhlükəsizliklə bağlı problemlərin olması ilə əlaqələndirib.

Məlumata görə, "Traktorsazi" və "İstiqlal"la yanaşı, İsfahanın "Sepahan" klubu da bu il Türkiyədə təlim-məşq toplanışı keçirməyi planlaşdırıbmış. Ancaq nazirlik bu komandanın da Türkiyəyə getməsinin qarşısını alıb. 

Son xəbərlər

Orphus sistemi