FIFA-nın İrana yardımına ABŞ əngəli

FIFA-nın İrana yardımına ABŞ əngəli İran Futbol Federasiyası (FFIRI) FIFA-nın koronavirus pandemiyasına görə milli assosiasiyalara ayırdığı maliyyə yardımını ala bilmir.
Futbol
27 aprel 2020 08:57
FIFA-nın İrana yardımına ABŞ əngəli

İran Futbol Federasiyası (FFIRI) FIFA-nın koronavirus pandemiyasına görə milli assosiasiyalara ayırdığı maliyyə yardımını ala bilmir.

"Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, səbəb ABŞ-ın İranın bank sisteminə qarşı tətbiq etdiyi sanksiyalardır.

FFIRI-nın xəzinədarı Əli Süleymani bildirib ki, sanksiyalar qüvvədə olduğundan, ali futbol qurumu vəsaiti federasiyanın hesabına köçürmək üçün təhlükəsiz həll yolu tapa bilməyib.

Qeyd  edək ki, FIFA ötən həftə milli assosiyalara yardım məqsədilə 500 000 ABŞ dolları pul ayırıb.

Son xəbərlər

Orphus sistemi