"Liverpul" xal itirərək liderliyi əldə verib - YENİLƏNİB

"Liverpul" xal itirərək liderliyi əldə verib - YENİLƏNİB Bakı. 3 mart. REPORT.AZ/ Liverpul İngiltərə Premyer Liqasının 29-cu turunda Evertonla heç-heçə edib.
Futbol
3 Mart , 2019 23:22
Liverpul xal itirərək liderliyi əldə verib - YENİLƏNİB

Bakı. 3 mart. REPORT.AZ/ "Liverpul" İngiltərə Premyer Liqasının 29-cu turunda "Everton"la heç-heçə edib.

“Report” xəbər verir ki, "Qudison Park" stadionunda keçən görüş 0:0 hesablı qolsuz bərabərliklə başa çatıb.

Nəticədə "Liverpul" turnir cədvəlində birinci yerə qayıtmaq fürsətindən məhrum olub. Yurgen Kloppun yetirmələri 29 turdan sonra 70 xal toplayıblar. Onlar ikinci yerdə qərarlaşıblar və lider "Mançester Siti"dən bir xal geri qalırlar. "Everton" isə 37 xal ilə 10-cu pillədədir.

İngiltərə Premyer Liqası. 29-cu tur

"Everton" – "Liverpul" - 0:0


***21:26

Bakı. 3 mart. REPORT.AZ/ "Çelsi" İngiltərə Premyer Liqasının 29-cu tur matçında "Fulhem" üzərində qələbə qazanıb.

“Report” xəbər verir ki, "Kreyven Kottec" stadionunda keçən görüş qonaqların 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Matçın 20-ci dəqiqəsində Qonsalo İquain "Çelsi"ni hesabda irəli çıxarıb. Səkkiz dəqiqədən sonra Kallum Çembers hesabı bərabərləşdirib. Fasiləyə bir az qalmış Jorjinyo yenidən hesabı "Çelsi"nin xeyrinə dəyişib.

"Çelsi" bu qələbə sayəsində xallarının sayını 56-ya çatdırıb. Londonlular hazırda turnir cədvəlində 6-cı pillədə qərarlaşıblar. "Fulhem" 17 xalla 19-cudur.

İngiltərə Premyer Liqası. 29-cu tur

"Fulhem" – "Çelsi" - 1:2

Qollar: 0:1 – İquain – 20, 1:1 – Çembers – 28, 1:2 – Jorjinyo – 31

Son xəbərlər

Orphus sistemi