İqor Ponomaryov: "Yuri Vernidubun "Sabah"ın baş məşqçisi olub-olmayacağını deyə bilmərəm"

İqor Ponomaryov: "Yuri Vernidubun "Sabah"ın baş məşqçisi olub-olmayacağını deyə bilmərəm" Çətin oyun oldu. Səbail yaxşı təşkilatlanmış komandadır. Əlbəttə, onların əks-hücumlarından ehtiyatlanırdıq.
Futbol
29 Sentyabr , 2019 22:23
İqor Ponomaryov: Yuri Vernidubun Sabahın baş məşqçisi olub-olmayacağını deyə bilmərəm

"Çətin oyun oldu. "Səbail" yaxşı təşkilatlanmış komandadır. Əlbəttə, onların əks-hücumlarından ehtiyatlanırdıq".

Bunu "Report"a "Sabah"ın müvəqqəti baş məşqçisi İqor Ponomaryov Premyer Liqanın VI turunda "Səbail"i 3:0 hesabı ilə məğlub etdikləri oyunda sonra deyib.

59 yaşlı mütəxəssisin debüt matçında paytaxt komandası cari mövsümdə ilk qələbəsini qazanıb. O, ilk yarının bir qədər əsəbi alındığını söyləyib: "Prinsipcə, uşaqlar planlaşdırdığımız, məşq etdiyimiz kimi oyunda da öz üzərlərinə düşəni yerinə yetirməyə çalışdılar. İlk yarı bir qədər əsəbi alındı. İkinci hissədə isə uşaqlar açıldılar və qollar vurdular".

Ponomaryov özünün gəlişindən sonra nəyin dəyişdiyinə dair suala şərh vermək istəməyib: "Bu, mənim tərəfimdən düzgün olmazdı. Elşad Əhmədov yaxşı iş görmüşdü. Komanda qurmuş, məşqlər keçmişdi. Uşaqlar da onun rəhbərliyi altında əllərindən gələni edirdilər".

Təcrübəli mütəxəssis "Sabah"ın daimi baş məşqçisi olmaq ehtimalı barədə bunları deyib: "Necə irəli getmək olar? Gələcəkdə necə olacağını heç kim bilmir. Mən yeni baş məşqçi məsələsində yalnız məsləhət görə bilərəm. Məsləhət görməklə seçmək fərqli məsələlərdir".

Masazırdakı oyunu izləyənlər arasında "Sabah"ın baş məşqçisi postuna namizəd ukraynalı Yuri Vernidub da olub. Ponomaryov bu barədə məlumatının olmadığını bildirib: "Mənim razılaşmam komandaya indiki vəziyyətdə kömək etməkdir. Onun baş məşqçi olub-olmayacağını deyə bilmərəm".

Son xəbərlər

Orphus sistemi