Bakı. 1 oktyabr. REPORT.AZ/ Moskvanın MOİK komandasının qapıçısı İqor Akinfeyev Rusiya millisindəki karyerasını başa vurub.
"Report" klubun saytına istinadən xəbər verir ki, bu barədə 32 yaşlı qolkiperin özü açıqlama verib.
Qeyd edək ki, İqor Akinfeyev 2004-ci ildən Rusiya yığmasında çıxış edib. O, ölkəsində keçirilən son dünya çempionatında komandanın heyətində heyətində yer alıb. Rusiya mundialın 1/4 finalında Xorvatiyaya məğlub olub.