İordaniya şahzadəsi FİFA prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək

İordaniya şahzadəsi FİFA prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək Bu vəzifəyə daha iki namizəd iddia edir
Futbol
6 Yanvar , 2015 10:08
İordaniya şahzadəsi FİFA prezidenti vəzifəsinə namizədliyini irəli sürəcək

Bakı. 6 yanvar. REPORT.AZ/ İordaniya şahzadəsi Əli İbn Əl-Hüseyn bildirib ki, Beynəlxalq Futbol Federasiyası (FİFA) prezidenti vəzifəsinə namizədliyini irəli sürmək niyyətindədir. Bu barədə "Report" "Reuters"ə istinadən xəbər verir.

"Mən namizədliyimi FİFA prezidenti vəzifəsinə irəli sürmək qərarına gəldim, çünki hesab edirəm ki, ictimaiyyətin diqqətini son qalmaqallardan yayındırmaq və onu yenidən idmana yönəltməyin vaxtı çatıb", - hazırda FİFA vitse-prezidenti vəzifəsini tutan İordaniya şahzadəsi qeyd edib.

O vurğulayıb ki, bu "çətin qərar FIFA-dan olan nüfuzlu həmkarlar ilə uzun müzakirələrdən sonra qəbul edilib". 

Beynəlxalq Futbol Federasiyasının rəhbəri 2015-ci ilin may ayında seçiləcək. 

Bu vəzifəyə, həmçinin federasiyanın hazırkı rəhbəri Yozef Blatter və təşkilatın keçmiş baş katibi Jerom Şampan iddia edirlər. 

Son xəbərlər

Orphus sistemi