İnyestanın Çin klubu ilə müqaviləsinin detalları müəyyənləşib

İnyestanın Çin klubu ilə müqaviləsinin detalları müəyyənləşib "Barselona"dan ayrılan futbolçu Çin klubuna öz zavodundan 6 milyon şüşə şərab aldıracaq
Futbol
3 May , 2018 13:06
İnyestanın Çin klubu ilə müqaviləsinin detalları müəyyənləşib

Bakı. 3 may. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Andres İnyestanın cari mövsüm başa çatdıqdan sonra Çin təmsilçisi “Çuntsin Lifan”a transferinin maliyyə tərəfi bəlli olub.

“Report”un "sport.es"ə istinadən verdiyi məlumata, asiyalılar 34 yaşlı yarımmüdafiəçiyə 81 milyon avro müqabilində 3 illik müqavilə təklif edib. Bildirilir ki, klub İnyestaya məxsus zavoddan 6 milyon şüşə şərab almağı da öhdəsinə götürüb. Bu satışdan əldə olunacaq gəlir isə 36 milyon avro təşkil edəcək.

Qeyd edək ki, Andres İnyesta "Barselona"nın yetirməsidir. Yarımmüdafiəçi Kataloniya təmsilçisinin heyətində 2002-ci ildə debüt edib. O, klubu ilə 8 dəfə İspaniya çempionluğu və 6 dəfə ölkə kubokunu qazanıb, 4 dəfə Çempionlar Liqasının, 3 dəfə UEFA Super Kubokunun qalibi olub.

Hazırda ən bahalı müqavilə “Barselona”nın kapitanı Lionel Messiyə məxsusdur. O, illik 35 milyon avro qazanır.

Son xəbərlər

Orphus sistemi