İnyesta "Barselona"dan ayrılacağını rəsmən bəyan edib

İnyesta "Barselona"dan ayrılacağını rəsmən bəyan edib Bakı. 27 aprel. REPORT.AZ/ İspaniyanın Barselona klubunun futbolçusu Andres İnyesta mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.
Futbol
27 Aprel , 2018 16:10
İnyesta Barselonadan ayrılacağını rəsmən bəyan edib

Bakı. 27 aprel. REPORT.AZ/ İspaniyanın "Barselona" klubunun futbolçusu Andres İnyesta mövsümün sonunda komandadan ayrılacağını açıqlayıb.

"Report"un məlumatına görə, 34 yaşlı futbolçu mətbuat konfrasında klubla vidalaşacağını deyib: "Mən "Barselona"dan ayrılacağımı rəsmi şəkildə elan etmək istəyirəm. Bu, komandada son mövsümümdür. Uzun müddət düşündükdən sonra bu qərarı qəbul etdim".

Qeyd edək ki, Andres İnyesta "Barselona" yetirməsidir. Yarımmüdafiəçi Kataloniya təmsilçisinin heyətində 2002-ci ildə debüt edib. O, klubu ilə 8 İspaniya çempionu və 6 dəfə ölkə kubokunu qazanıb, 4 dəfə Çempionlar Liqasının, 3 UEFA Superkubokunun qalibi olub. 

Son xəbərlər

Orphus sistemi