“İnter” - “Zirə” matçından sonra qalmaqal yaşanıb

“İnter” - “Zirə” matçından sonra qalmaqal yaşanıb Jurnalistlərə də təzyiq göstərilib
Futbol
18 Fevral , 2017 17:51
“İnter” - “Zirə” matçından sonra qalmaqal yaşanıb

Bakı. 18 fevral. REPORT.AZ/ Azərbaycan Premyer Liqasının XIX turu çərçivəsində keçirilən “İnter” - “Zirə” matçından sonra qalmaqal yaşanıb.

"Report"un məlumatına görə, matç başa çatandan sonra qonaq komandanın ehtiyat qapıçısı Kamal Bayramovla meydan sahiblərinin mühafizəçiləri arasında mübahisə düşüb.

Bu zaman “İnter”in mühafizəçiləri hadisənin təfərrüatını öyrənmək istəyən jurnalistlərə qarşı da təzyiq göstəriblər.

Qeyd edək ki, “İnter” – “Zirə” görüşü 1:1 hesabı ilə başa çatıb.

Son xəbərlər

Orphus sistemi