​"İnter" və "Qəbələ" klubları Avropa Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb

​"İnter" və "Qəbələ" klubları Avropa Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb Bakıda heç-heçə, Qəbələdə isə 2:0 hesablı qələbə qeydə alınıb
Futbol
9 İyul , 2015 22:51
​İnter və Qəbələ klubları Avropa Liqasının növbəti mərhələsinə vəsiqə qazanıb

Bakı. 9 iyul. REPORT.AZ/ Bu gün futbol üzrə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşləri keçirilib.

"Report"un məlumatına görə, Azərbaycanın "Qəbələ" və "İnter" klubları növbəti mərhələyə vəsiqə qazanıb.

Bakıda Albaniya "Laçi"si ilə qarşılaşan paytaxt təmsilçisi qarşılaşmadan sülhlə ayrılıb - 0:0. İlk oyunda 1:1 hesablı bərabərlik qeydə alındığından II təsnifat mərhələsinə yüksələn tərəf "İnter" olub.

Qəbələnin eyniadlı komandası Gürcüstan təmsilçisi "Dinamo"nu qəbul edib. Tbilisi klubu ilə görüşdə "qırmızı-qaralar" rəqib qapısına yol tapa bilib və qarşılaşma meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Gürcüstanda keçirilən ilk oyunda meydan sahibləri 2:1 hesablı qələbə qazandığından növbəti mərhələyə yüksələn tərəf Azərbaycan təmsilçisi olub.

Qeyd edək ki, Azərbaycanın Avropa Liqasındakı digər təmsilçisi "Neftçi" isə bu gün Bakı vaxtı ilə saat 23:30-da meydana çıxacaq. 

Son xəbərlər

Orphus sistemi