"İnter" klubu Luçano Spalettini istefaya göndərib

"İnter" klubu Luçano Spalettini istefaya göndərib Luçano Spaletti növbəti mövsümdən İtaliyanın “İnter futbol komandasının baş məşqçisi olmayacaq.
Futbol
30 May , 2019 13:14
İnter klubu Luçano Spalettini istefaya göndərib

Luçano Spaletti növbəti mövsümdən İtaliyanın “İnter" futbol komandasının baş məşqçisi olmayacaq. 

"Report" klubun rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, 60 yaşlı mütəxəssis istefaya göndərilib. Klub ona göstərdiyi xidmətlərə görə təşəkkür edib. 

Qeyd edək ki, Luçano Spaletti "İnter"ə 2017-ci ilin iyununda baş məşqçi təyin olunub. Təcrübəli mütəxəsis komanda ilə heç bir kubok qazana bilməsə də, ardıcıl 2 dəfə Çempionlar Liqasına vəsiqə əldə edib. İtaliyalı baş məşqçi əvvəllər "Empoli", "Sampdoriya", "Udineze" və "Roma", eləcə də  Rusiyanın "Zenit" klublarında çalışıb. 

Manaf Qasımbəyli

Son xəbərlər

Orphus sistemi