"İnter" "Qarabağ"ın sabiq qapıçısını heyətinə cəlb etmək istəyir

"İnter" "Qarabağ"ın sabiq qapıçısını heyətinə cəlb etmək istəyir İtaliyanın Milan klubunun qapıçısı Asmir Beqoviç mövsümün sonunda İnterə keçə bilər.
Futbol
10 Mart , 2020 08:49
İnter Qarabağın sabiq qapıçısını heyətinə cəlb etmək istəyir

İtaliyanın "Milan" klubunun qapıçısı Asmir Beqoviç mövsümün sonunda "İnter"ə keçə bilər.

"Report" "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, klub rəhbərliyi 33 yaşlı qolkiperi son vaxtlar zədəli olan Samir Handanoviçin yerinə heyətə cəlb etmək niyyətindədir.

"İnter" Bosniya və Herseqovina yığmasının üzvü olan Beqoviçi etibarlı qolkiper hesab edir.

Qeyd edək ki, müqavilə ilə İngiltərənin "Bornmut" klubuna məxsus olan Asmir Beqoviç mövsümün ilk yarısında icarə əsasında "Qarabağ"da çıxış edib. Onun "Milan"la icarə müddəti mövsümün sonunda bitir. 

Son xəbərlər

Orphus sistemi