"İnter" futbolçusunu 40 milyon avroya satışa çıxarıb

"İnter" futbolçusunu 40 milyon avroya satışa çıxarıb Bakı. 23 yanvar. REPORT.AZ/ İtaliyanın “İnter” klubu futbolçusu İvan Perişiçi satışa çıxarıb.
Futbol
23 yanvar 2019 12:19
İnter futbolçusunu 40 milyon avroya satışa çıxarıb

Bakı. 23 yanvar. REPORT.AZ/ İtaliyanın “İnter” klubu futbolçusu İvan Perişiçi satışa çıxarıb.

“Report” “Corriere Della Sera”ya istinadən xəbər verir ki, Milan təmsilçisi 29 yaşlı yarımmüdafiəçiyə 40 milyon avro qiymət qoyub. Xorvatiyalı dünya çempionunun xidmətində İngiltərənin “Mançester Yunayted” və İspaniyanın “Atletiko” klublarının maraqlı olduqları bildirilir.

Qeyd edək ki, Perişiç 2015-ci ildən “İnter”də çıxış edir. O, cari mövsümdə A seriyasında 18 oyuna 3 qol vurub və 2 məhsuldar ötürmə verib.

Son xəbərlər

Orphus sistemi