"İnter" növbəti dəfə "Barselona"nın təklifini qəbul etmədi

"İnter" növbəti dəfə "Barselona"nın təklifini qəbul etmədi İspaniyanın Barselona klubu argentinalı futbolçu Lautaro Martinesin transferi üçün İtaliya İnteri ilə danışıqları davam etdirir.
Futbol
171
5 May , 2020 12:43
İnter növbəti dəfə Barselonanın təklifini qəbul etmədi

İspaniyanın "Barselona" klubu argentinalı futbolçu Lautaro Martinesin transferi üçün İtaliya "İnter"i ilə danışıqları davam etdirir.

"Report"un "La Gazzetta dello Sport"a istinadən verdiyi məlumata görə, Kataloniya təmsilçisi 23 yaşlı hücumçu üçün qarşı tərəfə 80 milyon avro pul və 3 müdafiəçisini - Nelson Semedu, Xunior Firpo və Jan-Kler Todibonu təklif edib.

Amma Milan təmsilçisinin bununla razılaşmadığı bildirilib. İddia edilir ki, "İnter" Martinesin müqaviləsində göstərilən 111 milyon avroluq təzminat məbləğinin tam ödənilməsini istəyir.

Hadisələrin bu cür inkişafı cənubi amerikalı forvardın "İnter"də qalacağını deməyə əsas verir. İtaliya klubu hesab edir ki, istedadlı hücumçu daha bir il baş məşqçi Antonio Kontenin rəhbərliyi altında oynayıb özünü göstərə və dəyərini daha da artıra bilər.

Qeyd edək ki, Lautaro Martines cari mövsüm "İnter"in heyətində meydana çıxdığı 31 oyunda 16 qol vurub və 4 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi