​"İnter" - "Neftçi" oyununun başlama saatı açıqlanıb

​"İnter" - "Neftçi" oyununun başlama saatı açıqlanıb Turun oyunları 2 gün ərzində keçiriləcək
Futbol
5 May , 2015 12:26
​İnter - Neftçi oyununun başlama saatı açıqlanıb

Bakı. 5 may. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında XXXIII turun oyun cədvəli müəyyənləşib. "Report"un məlumatına görə, turun oyunları iki gün ərzində keçiriləcək.

İlk oyun günündə komandalar Lənkəran, Sumqayıt və Bakıda görüşəcəklər. Turun son görüşü də paytaxtda baş tutacaq.

08 may (cümə)

18:00. "Xəzər Lənkəran" – "Qarabağ" (Ağdam)

"Xəzər Lənkəran" mərkəzi stadionu

18:00. "Sumqayıt" – "Qəbələ"

Sumqayıt, "Kapital Bank Arena"


20:00. "İnter" (Bakı) – "Neftçi" (Bakı)

Bakı, "İnter Arena"


09 may (şənbə)

17:00. "Bakı" – AZAL (Bakı)

"Bakı" klubunun təlim-məşq bazasının stadionu

Qeyd edək ki, "Simurq" bu tur istirahət edəcək.

Son xəbərlər

Orphus sistemi