"İnter" Kvadvo Asamoanı heyətinə qatıb

"İnter" Kvadvo Asamoanı heyətinə qatıb Bakı. 2 iyul. REPORT.AZ/ İtaliyanın İnter klubu rəsmi saytında yarımmüdafiəçi Kvadvo Asamoa ilə müqavilə imzalandığını elan edib.
Futbol
2 İyul , 2018 21:58
İnter Kvadvo Asamoanı heyətinə qatıb

Bakı. 2 iyul. REPORT.AZ/ İtaliyanın "İnter" klubu rəsmi saytında yarımmüdafiəçi Kvadvo Asamoa ilə müqavilə imzalandığını elan edib.

“Report” xəbər verir ki, qanalı futbolçu ilə saziş 30 iyun 2021-ci ilə qədər nəzərdə tutulub.

Asamoa "İnter"ə azad agent statusunda keçib. 29 yaşlı xavbek 2012-ci ildən Turin "Yuventus"unun rənglərini qoruyub və ötən mövsümün sonunda komandanı tərk edib.

Asamoa "Yuventus"un heyətində 6 dəfə A Seriyasının qalibi olub, 3 dəfə İtaliya Superkuboku və 4 dəfə ölkə Kubokunu qazanıb. O, həmçinin iki dəfə Çempionlar Liqasının finalında oynayıb. Kvadvo byankonyerilərin cərgəsinə qoşulana qədər "Udineze"nin şərəfini qoruyub.

Son xəbərlər

Orphus sistemi