"İnter" klubu "Roma"nın yarımmüdafiəçisini heyətinə qatıb

"İnter" klubu "Roma"nın yarımmüdafiəçisini heyətinə qatıb Bakı. 11 iyun. REPORT.AZ/ İtaliyanın İnter klubu Roma komandasısın futbolçusu Raca Nainqqolanı heyətinə qatıb.
Futbol
11 iyun 2018 09:07
İnter klubu Romanın yarımmüdafiəçisini heyətinə qatıb

Bakı. 11 iyun. REPORT.AZ/ İtaliyanın "İnter" klubu "Roma" komandasısın futbolçusu Raca Nainqqolanı heyətinə qatıb. 

"Report" "Football İtalia"ya istinadən xəbər verir ki, tərəflər futbolçunun paytaxt klubuna transferinə dair razılıq əldə ediblər. 

"İnter" bu keçid üçün "Roma"ya 29 milyon avro ödəyəcək. 30 yaşlı yarımmüdafiəçinin transferi iyulun 1-də ictimaiyyətə açıqlanacaq. O, yeni klubunda ilinə 4.5 milyon avro qazanacaq. 

Qeyd edək ki, Raca Nainqqolan 2014-cü ildən "Roma"da çıxış edir. Belçikalı oyunçu romalıların heyətində 204 oyunda 33 qola imza atıb. 

Son xəbərlər

Orphus sistemi