Azərbaycan klubu "Feyenoord"un futbolçusunu alır

Azərbaycan klubu "Feyenoord"un futbolçusunu alır Futbolçu ilə Bakı klubu arasında 1.5 illik müqavilə imzalanacağı bildirili0b
Futbol
10 Yanvar , 2015 09:54
Azərbaycan klubu Feyenoordun futbolçusunu alır

Bakı. 10 yanvar. REPORT.AZ/ Bakı "İnter"i Hollandiyanın "Feyenoord" klubu ilə bu yaxınlarda yollarını ayıran Ruben Şakeni transfer edir. "Report"un "Voetbal İnternational"a istinadən verdiyi məlumata görə, 32 yaşlı yarımmüdafiəçi tezliklə paytaxt klubu ilə müqavilə imzalayacaq.

Nəşr 2010-ci ildən "Feyenoord"un şərəfini qoruyan futbolçu ilə Bakı klubu arasında 1.5 illik müqavilə imzalanacağını bildirib.

Qeyd edək ki, Ruben Şaken peşəkar futbolçu karyerası ərzində Hollandiyanın "Kambor", "Vendam" və "Venlo"nun uğurları üçün çalışıb. O, 2012-ci ildən Hollandiya milli komandasına dəvət alıb.  

Son xəbərlər

Orphus sistemi