"İnter"in sabiq baş məşqçisi "Qəbələ"nin mübarizədən kənarlaşdırdığı komandaya təyinat alıb

"İnter"in sabiq baş məşqçisi "Qəbələ"nin mübarizədən kənarlaşdırdığı komandaya təyinat alıb Andrea Stramaççioni Yannis Anastasiunu əvəzləyib
Futbol
9 Noyabr , 2015 17:52
İnterin sabiq baş məşqçisi Qəbələnin mübarizədən kənarlaşdırdığı komandaya təyinat alıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Yunanıstanın "Panatinaikos" klubuna yeni baş məşqçi təyin olunub. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Andrea Stramaççioni ilə 1,5 illik müqavilə imzalanıb.

İtaliyalı mütəxəssis yeni vəzifədə Yannis Anastasiunu əvəzləyib. Anastasiu noyabrın 2-də istefaya göndərilib. Məhz onun baş məşqçiliyi dövründə "Qəbələ" "Panatinaikos"u Avropa Liqasının "pley-off"unda üstələyərək (0:0, 2:2), qrup mərhələsinə yüksəlib. Hazırda Afina komandası Yunanıstan çempionatında 10 turdan sonra 22 xalla 2-ci pillədə qərarlaşıb və lider "Olimpiakos"dan 8 xal geri qalır.

Qeyd edək ki, Andrea Stramaççioni 2012-2013 mövsümündə "Neftçi" ilə Avropa Liqasında eyni qrupda yer alan İtaliya "İnter"inin baş məşqçisi olub. 

Son xəbərlər

Orphus sistemi