Bakı. 6 dekabr. REPORT.AZ/ İtaliyanın "İnter" klubunun hücumçusu Lautaro Martines idarə etdiyi avtomobil ilə qadın velosipedçini vurub.
“Report” "La Gazzetta dello Sport" nəşrinə istinadən xəbər verir ki, qəza nəticəsində qadın yüngül xəsarət alıb və Milan xəstəxanasına yerləşdirilib.
Zərərçəkən və futbolçunun həyatı üçün heç bir təhlükə yoxdur.
Milan polisi fakla bağlı araşdırmaya başlayıb.
Martines bu mövsüm "İnter"in heyətində 7 oyunda iştirak edib, 2 qol vurub və bir məhsuldar ötürmə verib.