"İnter"in baş məşqçisi: "Fövqəladə hadisə olsa, sevinərik"

"İnter"in baş məşqçisi: "Fövqəladə hadisə olsa, sevinərik" "İndi "Neftçi” ilə qarşıdakı matça hazırlaşacağıq”
Futbol
13 Mart , 2017 20:40
İnterin baş məşqçisi: Fövqəladə hadisə olsa, sevinərik
courtesy image

Bakı. 13 mart. REPORT.AZ/ "Asan oyun olmadı. Xüsusən də, ikinci hissə bizim üçün çətin keçdi. Hesabda öndə olanda bərabərlik qolunu buraxmaq narahatlığı ilə oynayırsan. Əsas odur ki, qələbə qazandıq. Komandadan razı qaldım".

"Report"un məlumatına görə, bunu "İnter"in baş məşqçisi Zaur Svanadze "Sumqayıt"a evdə 1:0 hesabı ilə qalib gəldikləri Azərbaycan Premyer Liqasının XXII tur matçından sonra bildirib.

Gürcüstanlı mütəxəssis deyib ki, Səlahət Ağayev, Abbas Hüseynov və Slavik Alxasov kimi futbolçular oynamasalar da, lazımi qələbəni əldə edə bildik: "İndi "Neftçi” ilə qarşıdakı matça hazırlaşacağıq”.

Z.Svanadze bürünc medalları böyük ölçüdə təmin edən komandasının Avropa Liqasına vəsiqəni hədəflədiyini söyləyib: "Əsas məqsədimiz Avroliqaya vəsiqə qazanmaqdır. Əlbəttə, fövqəladə hadisə olsa, turnir cədvəlində irəliləsək, buna sevinərik".

Qeyd edək ki, hazırda 39 xala malik "İnter"i lider "Qəbələ"dən 7, ikinci pillədəki "Qarabağ"dan 6 xal ayırır. Lakin ilk 2 yerin sahiblərinin ehtiyatda bir oyunu var. 

Son xəbərlər

Orphus sistemi