"İnter"in Avropa Liqasında ev oyunlarını keçirəcəyi stadion dəyişib

"İnter"in Avropa Liqasında ev oyunlarını keçirəcəyi stadion dəyişib Klub rəqiblərini "Dalğa Arena"da yox, "Bakcell Arena"da qəbul edəcək
Futbol
30 May , 2017 17:27
İnterin Avropa Liqasında ev oyunlarını keçirəcəyi stadion dəyişib

Bakı. 30 may. REPORT.AZ/ Bakının "İnter" klubu futbol üzrə Avropa Liqası üçün ev arenasını müəyyənləşdirib. 

Bu barədə "Report"a klubun icraçı direktoru Rəmiş Malıyev məlumat verib.

Onun sözlərinə görə, "bankirlər" rəqiblərini "Bakcell Arena"da qəbul edəcəklər: "Əvvəlcədən "Dalğa Arena"da oynamaq istəyirdik. Amma sonradan qərara aldıq ki, "Bakcell Arena" daha münasibdir. 8-ci km qəsəbəsindəki bu stadionu "Qəbələ" də sifariş edib. Amma düşünürəm ki, səfər və ev oyunları məsələsini UEFA tənzimləyəcək".

"İnter"İn Avroliqada rəqiblərini "İnter Arena"da qəbul etməməsinin səbəbi isə lisenziya müddətinin bitməsi və FİFA-dan yeni lisenziyanın alınmamasıdır.  

Qeyd edək ki, Avropa Liqasında Azərbaycanın daha bir təmsilçisi olan "Zirə" "Dalğa Arena"nı sifariş edib. "Qarabağ" isə Çempionlar Liqası qarşılaşmalarını Tofiq Bəhramov adına Respublika stadionunda keçirəcək.    

Son xəbərlər

Orphus sistemi