“İnter” İkardini “Napoli”yə satmağa razılıq verib

“İnter” İkardini “Napoli”yə satmağa razılıq verib “İnter”in hücumçusu Mauro İkardi “Napoli”yə keçməyə yaxındır.
Futbol
22 Avqust , 2019 03:15
“İnter” İkardini “Napoli”yə satmağa razılıq verib

“İnter”in hücumçusu Mauro İkardi “Napoli”yə keçməyə yaxındır.

“Report” xəbər verir ki, bu barədə “Corriere dello Sport” nəşri məlumat yayıb.

Mənbənin məlumatına görə, Milan klubu “Napoli”nin təklifini qəbul edib və 26 yaşlı argentinalı hücumçunu 62 milyon avroya satmağa razılıq verib.

Bundan əvvəl İkradi üçün prioritet variant futbolçunun transferi ilə maraqlanan “Yuventus” klubu hesab edilirdi.

Əgər futbolçu Neapolitan klubuna keçməyə razı olarsa, onun şəxsi müqaviləsinin şərtləri ilə həyat yoldaşı Vanda Nara məşğul olacaq.

İkardi “İnter”in klubunda 2013-ci ildən çıxış edir. 2018/19 mövsümündə argentinalı hücumçu 37 matçda 17 qol vurub və 5 məhsuldar ötürmə edib.

Son xəbərlər

Orphus sistemi