"İnter" tarix yazdı - YENİLƏNİB - FOTO - VİDEO

"İnter" tarix yazdı - YENİLƏNİB - FOTO - VİDEO "İnter" komandası "Şəfa" stadionunda İslandiyanın "Hafnarfyordur" klubu ilə qarşılaşır
Futbol
23 İyul , 2015 23:35
İnter  tarix yazdı - YENİLƏNİB - FOTO - VİDEO

Bakı. 23 iyul. REPORT.AZ/ Əlavə vaxtın ilk dəqiqəsində "İnter"in hücumçusu Rauf Əliyev hesabı bərabərləşdirib - 2:2. Oyun bu hesabla yekunlaşıb.

Beləliklə, bu nəticə ilə "İnter" tarixində ilk dəfə Avropa Liqasının III təsnifat mərhələsinə vəsiqə qazanıb.

Qeyd edək ki, komandamızın növbəti mərhələdə rəqibi İspaniyanın “Atletik” klubu olacaq.

*** 23:10

Bakı. 23 iyul. REPORT.AZ/ Əlavə vaxtın ilk dəqiqəsində "İnter"in hücumçusu Rauf Əliyev hesabı bərabərləşdirib - 2:2.

*** 23:00

Bakı. 23 iyul. REPORT.AZ/ Oyunun əsas vaxtı 2:1 hesabı ilə "Haynarfyordur"un xeyrinə başa çatıb. Komandalar arasında İslandiyada təşkil olunan ilk oyunda "İnter" eyni hesabla qalib gəlmişdi.

Cütün qalibinin müəyyənləşməsi üçün iki on beş dəqiqədən ibarət əlavə hissə oynanılır.

*** 22:38

Bakı. 23 iyul. REPORT.AZ/ İkinci hissənin ilk dəqiqəsində İslandiya təmsilçisi hesabı bərabərləşdirib. "Hafnarfyordur" komandasının heyətində Torarinn Valdimarsson fərqlənib - 1:1.

Görüşün 52-ci dəqiqəsində Kristan-Floki Finnboqasson ikinci topu "İnter"in qapısından keçirib. İki dəqiqə sonra qolun müəllifi ikinci sarı vərəqə alaraq oyundan kənarlaşdırılıb və İslandiya komandası azlıqda qalıb.

*** 22:08

Bakı. 23 iyul. REPORT.AZ/ Futbol üzrə UEFA Avropa Liqasındakı təmsilçilərimizdən Bakının "İnter" komandası ikinci təsnifat mərhələsinin cavab oyununa çıxıb.

"İnter" komandası "Şəfa" stadionunda İslandiyanın "Hafnarfyordur" klubu ilə qarşılaşır.

"İnter"in start heyətində Səlahət Ağayev, Xuan Fransisko, Laşa Kasradze, Zurab Xizanişvili, Abbas Hüseynov, Nika Kvekveskiri, Nizami Hacıyev, Mirhüseyn Seyidov, Fuad Bayramov, Rauf Əliyev və Dieqo Martins yer alıblar.

İlk hissəsinin son saniyəsində Nika Kvekveskirinin ötürməsini Abbas Hüseynov qol ilə tamamlayıb. Beləliklə, qarşılaşmanın ilk hissəsi "İnter"in minimal üstünlüyü ilə yekunlaşıb - 1:0.

Foto: İsmayıl Nur

Son xəbərlər

Orphus sistemi