İnnosent Emeqara: “Vurduğum qol komandaya rahatlıq gətirdi”

İnnosent Emeqara: “Vurduğum qol komandaya rahatlıq gətirdi” Bakı. 11 noyabr. REPORT.AZ/ “Bu, daha çox xarakter oyunu oldu. Bizim üçün çox önəmli idi. Məğlub durumda olsaq da, xarakter göstərib qələbə qazandıq. Bu sarıdan qələbəni önəmli sayıram”.
Futbol
11 noyabr 2018 16:38
İnnosent Emeqara: “Vurduğum qol komandaya rahatlıq gətirdi”

Bakı. 11 noyabr. REPORT.AZ/ “Bu, daha çox xarakter oyunu oldu. Bizim üçün çox önəmli idi. Məğlub durumda olsaq da, xarakter göstərib qələbə qazandıq. Bu sarıdan qələbəni önəmli sayıram”.

“Report” xəbər verir ki, bunu “Qarabağ”ın futbolçusu İnnosent Emeqara Azərbaycan Premyer Liqasının XI turunda “Qəbələ” üzərində əldə edilən 3:1 hesablı qələbəni şərh edərkən deyib.

Matçın 47-ci dəqiqəsində bərabərlik qoluna imza atan 29 yaşlı legioner hücumçunun sözlərinə görə, Qəbələdə önəmli məqamda fərqlənib: “Mənim ikinci hissənin əvvəlində vurduğum qol komandaya rahatlıq gətirdi. Bu baxımdan önəmli sayıram. Bəxtsizlikdən qol buraxdıq. Bura udmağa gəlmişdik. Cümə axşamı Avroliqada oyunumuz olmuşdu deyə, yorğunçuluq vardı. Amma biz xarakter göstərdik. Buna görə də çox sevincliyik”.

Qeyd edək ki, bu, Emeqaranın cari çempionatda 5-ci qolu olub.

Son xəbərlər

Orphus sistemi