İnnosent Emeqara “Qarabağ”ın yeni müqavilə təklifini qəbul etməyib

İnnosent Emeqara “Qarabağ”ın yeni müqavilə təklifini qəbul etməyib “Qarabağ”ın futbolçusu İnnosent Emeqara klubun yeni müqavilə təklifini qəbul etməyib.
Futbol
7 May , 2019 09:56
İnnosent Emeqara “Qarabağ”ın yeni müqavilə təklifini qəbul etməyib

“Qarabağ”ın futbolçusu İnnosent Emeqara klubun yeni müqavilə təklifini qəbul etməyib.

"Report" xəbər verir ki, 30 yaşlı isveçrəli hücumçu bu barədə “Bilck” portalına bildirib. Emeqaranın sözlərinə görə, Ağdam təmsilçisinin irəli sürdüyü şərtlər onu qane etməyib. Lakin Nigeriya əsilli forvard məsələnin hələ açıq qaldığını vurğulayıb: “Görək, nə baş verir”.

Qeyd edək ki, 2014/2015 mövsümündə də “Qarabağ”da çıxış etmiş İnnosent Emeqara ötən yay Ağdam klubuna qayıdıb. O, cari mövsümdə Premyer Liqada 11 oyuna 5 qol vurub. Avrokubokda iştirak etdiyi 3 matçda isə Emeqara 1 dəfə qırmızı vərəqə görməklə diqqət mərkəzinə düşüb. Ötən ilin sonunda zədələndiyi üçün əməliyyat olunan forvard əsas heyətdəki yerini itirib.

Son xəbərlər

Orphus sistemi