"Tottenhem" "Benfika"nın futbolçusunu icarəyə götürüb

"Tottenhem" "Benfika"nın futbolçusunu icarəyə götürüb İngiltərənin Tottenhem klubu Portuqaliya Benfikasının futbolçusu Jedson Fernandeşi icarəyə götürüb.
Futbol
15 Yanvar , 2020 13:55
Tottenhem Benfikanın futbolçusunu icarəyə götürüb

İngiltərənin "Tottenhem" klubu Portuqaliya "Benfika"sının futbolçusu Jedson Fernandeşi icarəyə götürüb.

"Report"un ingilis klubunun rəsmi saytına istinadən verdiyi məlumata görə, 21 yaşlı futbolçu 1,5 il müddətinə "Tottenhem"də icarə əsasında oynayacaq.

Gənc yarımmüdafiəçi yeni klubunda 30 nömrəli formanı geyinəcək. Fernandeş 2018-ci ildən Portuqaliyanın əsas yığmasının da şərəfini qoruyur.

Qeyd edək ki, "Tottenhem" klubu İngiltərə Premyer Liqasında geridə qalan 22 turdan sonra 30 xalla turnir cədvəlinin 8-ci pilləsində qərarlaşıb. 

Son xəbərlər

Orphus sistemi