"Mançester Yunayted"in Qətər toplanışı ləğv olunub

"Mançester Yunayted"in Qətər toplanışı ləğv olunub İngiltərənin Mançester Yunayted klubunun Qətərdə planlaşdırılan təlim-məşq toplanışı ləğv edilib.
Futbol
15 Yanvar , 2020 12:59
Mançester Yunaytedin Qətər toplanışı ləğv olunub

İngiltərənin "Mançester Yunayted" klubunun Qətərdə planlaşdırılan təlim-məşq toplanışı ləğv edilib.

"Report"un "Sky Sports"a istinadən verdiyi məlumata görə, buna yaxın şərqdəki vəziyyətin gərginləşməsi səbəb olub.

Premyer Liqa təmsilçisinin təhlükəsizliyə zəmanətin olmadığı bölgəyə getmək istəmədiyi və artıq ingilis klubunun təlim-məşq toplanışı üçün Avropada məkan axtardığı bildirilir.

Qeyd edək ki, İngiltərə Premyer Liqası tarixində ilk dəfə olaraq fevralın əvvəlində çempionatda fasilə elan olunacaq.   

Son xəbərlər

Orphus sistemi