İngiltərə klubunun baş məşqçisi koronavirusa yoluxdu

İngiltərə klubunun baş məşqçisi koronavirusa yoluxdu Çempionşip (İngiltərənin ikinci divizionu) klubu “Stok Siti”nin baş məşqçisi Maykl O Nil koronavirusa yoluxub.
Futbol
148
10 İyun , 2020 08:44
İngiltərə klubunun baş məşqçisi koronavirusa yoluxdu

Çempionşip (İngiltərənin ikinci divizionu) klubu “Stok Siti”nin baş məşqçisi Maykl O Nil koronavirusa yoluxub.

“Report” xəbər verir ki, bu barədə klubun rəsmi saytında yayılmış bəyanatda deyilir.

Qeyd edilir ki, 50 yaşlı mütəxəssisin təhlükəli infeksiya ilə bağlı ilk beş testi mənfi nəticə verdi. O, müsbət testdən sonra o videoəlaqə ilə məşqçi qərargahı və futbolçularla əlaqə saxlayaraq özünü təcridetməyə göndəriləcək.

Çempionşipdə mövsüm iyunun 20-də davam etdiriləcək.

Orphus sistemi