İngiltərəli qapıçı psixoloji probleminə görə karyerasını bitirdi

İngiltərəli qapıçı psixoloji probleminə görə karyerasını bitirdi İngiltərənin gənclər yığmasının sabiq futbolçusu Ted Smit peşəkar karyerasını başa vurub.
Futbol
784
27 Aprel , 2020 19:26
İngiltərəli qapıçı psixoloji probleminə görə karyerasını bitirdi

İngiltərənin gənclər yığmasının sabiq futbolçusu Ted Smit peşəkar karyerasını başa vurub.

"Report"un "The Telegraph" nəşrinə istinadən məlumatına görə, 24 yaşlı qapıçı psixoloji problemlərinə görə futbolla vidalaşıb.

Son olaraq I liqa təmsilçisi "Sautend Yunayted"in formasını geyinən qolkiper bildirib ki, futbol onluq deyil: "Hə, futbol oynamaq və məşq etmək xoşuma gəlir. Amma oyunlardakı təzyiq mənlik deyil. Hər şeyi düşündüm və qərar qəbul etdim".

T.Smit hər kəsin arzuladığı peşəni atmağın asan olmadığını söyləyib: "Matçlardan sonra dərhal sosial şəbəkələrə daxil olurdum. Çox vaxt heç nə olmurdu. Amma pis keçirdiyimiz matçdan sonra nə vaxt 2-3 tənqidi şərhə rast gəlsəm, hər zaman onları xatırlayırdım. Həftələrlə bu barədə düşünürdüm. Müsbət məqamlara köklənmək əvəzinə beynimdə yalnız neqativ halı saxlayırdım".

Qapıçının sözlərinə görə, qorxu hissi onu futboldan uzaqlaşdırıb: "Futboldan həzz almaq lazımdır. Bunu etməyə çalışdım, amma bacarmadım. Hər şeyi yoxladım. Məndə oyunöncəsi qorxu sindromu yarandı ki, indi də məni təqib edir".

Qolkiper karyerasını bitirməklə bağlı qərar verərkən idman psixoloqu ilə məsləhətləşib: "Başqa insanlar da bu vəziyyətə düşə bilərlər. Hazırda neçə idmançının oxşar hisslər keçirdiyini bilmirəm. Ümid edirəm ki, sözlərim digərlərinə kömək edəcək".

Son xəbərlər

Orphus sistemi