Məşhur ingiltərəli futbolçu karyerasını başa vurub

Məşhur ingiltərəli futbolçu karyerasını başa vurub "Mənə dəstək olan, yanımda olan azarkeşlərə, ən əsası da ailəmə təşəkkür edirəm"
Futbol
24 Noyabr , 2016 16:45
Məşhur ingiltərəli futbolçu karyerasını başa vurub

Bakı. 24 noyabr. REPORT.AZ/ Məşhur ingiltərəli futbolçu Stiven Cerrard peşəkar futbolçu karyerasını başa vurub. 

"Report"un məlumatına görə, bu barədə 36 yaşlı yarımmüdafiəçinin özü açıqlama verib.

S.Cerrard futbol oynadığı zamanlar ona dəstək verən azarkeşlərə və ailəsinə minnətdarlığını bildirib: "Mənim inanılmaz karyeram olub. "Liverpul", "Los-Anceles Qalaksi" klublarında və İngiltərə yığmasında çıxış etmişəm. Özümü xoşbəxt hiss edirəm. Bir çox maraqlı anlarım olub. "Liverpul"da 700-dən çox oyun keçirmişəm. Kapitan kimi çıxış etmişəm. Mənə dəstək olan, yanımda olan azarkeşlərə, ən əsası da ailəmə təşəkkür edirəm."

Peşəkar futbolçu karyerasına "Liverpul"da başlayan Cerrard 17 ilədək bu komandanın şərəfini qoruyub. O, 2015-ci ildə ABŞ-ın "Los-Anceles Qalaksi" klubuna transfer olub. Təcrübəli oyunçu bu ay klubu ilə yollarını ayırıb. O, həmçinin 2000 - 2014-cü ilədək İngiltərə yığmasının şərəfini qoruyub. Yığmanın heyətində 114 oyun keçirən Cerrard 21 qol vurub.

Qeyd edək ki, Stiven Cerrard ötən həftə İngiltərə Çempionşipində çıxış edən "Milton Kins Dons" klubundan ona menecerlik təklifi edildiyini, ancaq hələ erkən olması səbəbindən təklifi rədd etdiyini bildirib.

Son xəbərlər

Orphus sistemi