Bakı. 13 noyabr. REPORT.AZ/ İngiltərədə son 20 ildə ən çox baş məşqçi dəyişən futbol komandası müəyyənləşib.
“Report” BBC-yə istinadən xəbər verir ki, siyahıya hazırda səviyyəcə 4-cü liqada çıxış edən “Notts Kaunti” başçılıq edir.
Nottingem təmsilçisi bu müddətdə 23 baş məşqçinin xidmətindən yararlanıb. İkinci sırada Premyer Liqada mübarizə aparan “Kristal Pelas”dır – 21 mütəxəssis. “Üçlüy”ü qapayan və hazırda 3-cü liqada yer alan “Portsmut”a isə 19 nəfər rəhbərlik edib.
Qeyd edək ki, İngiltərədə son 20 ildə əsas komandanın baş məşqçisini dəyişməyən yeganə klub “Arsenal”dır. Fransalı Arsen Venger 1996-cı ildən London təmsilçisinin sükanı arxasındadır.