İngiltərədə küləyin köməyi ilə mərkəzdən avtoqol qeydə alınıb - VİDEO

İngiltərədə küləyin köməyi ilə mərkəzdən avtoqol qeydə alınıb - VİDEO Futbolçunun irəli vurmaq istədiyi top öz qapısına yönəlib
Futbol
21 Noyabr , 2015 12:31
İngiltərədə küləyin köməyi ilə mərkəzdən avtoqol qeydə alınıb - VİDEO

Bakı. 21 noyabr. REPORT.AZ/ İngiltərənin aşağı liqalarından birində keçirilən futbol matçı zamanı top güclü küləyin köməyi ilə tora daxil olub. "Report"un məlumatına görə, kuryoz olay "Romford"la "Tarrok" komandaları arasındakı görüşdə baş verib. 

"Tarrok"un müdafiəçisi Kamarl Dankan topa zərbə endirərək, göyə qaldırıb. Top trayektoriyasını kəskin surətdə dəyişərək, meydanın mərkəzi üzərindən fırlanıb və elə bu komandanın qapıçısının başı üzərindən hədəfə düşüb. 

Qeyd edək ki, matç 1:1 hesablı heç-heçə ilə nəticələnib. 

Son xəbərlər

Orphus sistemi