İngiltərədə futbolçunun şərəfinə pivə brendi təqdim olunub

İngiltərədə futbolçunun şərəfinə pivə brendi təqdim olunub İngiltərənin Norviç şəhərində pivə zavodlarından biri qeyri-adi adlı pivə istehsal etməyə başlayıb.
Futbol
28 Noyabr , 2019 14:07
İngiltərədə futbolçunun şərəfinə pivə brendi təqdim olunub

İngiltərənin Norviç şəhərində pivə zavodlarından biri qeyri-adi adlı pivə istehsal etməyə başlayıb.

"Report" "The Sun" nəşrinə istinadən xəbər verir ki, pivənin adını "Mükəmməl Fin" adlandırmaq qərarına gəliblər.

Pivə zavodu 2018-ci ilin yayından "Norviç" komandasının formasını geyinən finlandiyalı hücumçu Teemu Pukkiyə görə belə adlandırılıb. O, ötən mövsüm Çempionşipdə 29 qol vuraraq komandasının yenidən Premyer Liqada iştirakını təmin edib.

Qeyd edək ki, Teemu Pukki cari mövsüm Premyer Liqada 13 matçda 6 qolun müəllifi olub. 

Son xəbərlər

Orphus sistemi