İngiltərədə futbolçulara sürüşmə fəndi qadağan ediləcək

İngiltərədə futbolçulara sürüşmə fəndi qadağan ediləcək İngiltərə Premyer Liqasının klublarının futbolçularına məşqləri bərpa etdikdən sonra ilkin mərhələdə qadağa tətbiq olunacaq.
Futbol
13 May , 2020 14:12
İngiltərədə futbolçulara sürüşmə fəndi qadağan ediləcək

İngiltərə Premyer Liqasının klublarının futbolçularına məşqləri bərpa etdikdən sonra ilkin mərhələdə qadağa tətbiq olunacaq. 

"Report" BBC-yə istinadən xəbər verir ki, oyunçular hazırlıq prosesi zamanı sürüşmə fəndindən istifadə edə bilməyəcəklər. 

Bu, koronavirus pandemiyası səbəbindən uzun fasilədən sonra məşqə başlayan futbolçuların zədə riskini azaltmaq məqsədi daşıyır. Bu maddə 2019/2020 mövsümünün yenidən başlaması üçün layihə çərçivəsində təqdim edilməsi planlaşdırılan tövsiyələr siyahısına daxil edilib. 

Oyunçular müntəzəm olaraq tibbi müayinələrdən və həftədə iki dəfə koronavirus testindən keçəcəklər, həmçinin hər biri 5 nəfərdən ibarət kiçik qruplar halında məşq edəcəklər. 

Qeyd edək ki, İngiltərə Premyer Liqası martın 13-də koronavirus pandemiyası səbəbindən dayandırılıb. 

Son xəbərlər

Orphus sistemi