İngiltərədə 10 futbolçu koronavirusa yoluxdu

İngiltərədə 10 futbolçu koronavirusa yoluxdu İngiltərə Futbol Liqası Çempionşipdə son koronavirus testlərinin nəticələrini dərc edib.
Futbol
31 May , 2020 12:24
İngiltərədə 10 futbolçu koronavirusa yoluxdu

İngiltərə Futbol Liqası Çempionşipdə son koronavirus testlərinin nəticələrini dərc edib.

"Report"un məlumatına görə, yoxlama prosesindən 24 klubun 1 058 futbolçusu keçib. Həmin testlərin 10-u müsbət çıxıb.

Adları açıqlanmayan oyunçular və klub əməkdaşları özünütədric rejiminə göndəriləcək, daha sonra təkrarən yoxlanılacaqlar.

Qeyd edək ki, testin ilk mərhələsi zamanı Çempionşipdə 7 yoluxma aşkarlanmışdı.

Son xəbərlər

Orphus sistemi