İngiltərə Premyer Liqasının başlanması tarixi məlum oldu

İngiltərə Premyer Liqasının başlanması tarixi məlum oldu Koronavirus pandemiyasına görə dayandırılmış İngiltərə Premyer Liqası mövsümü iyunun 13-də davam etdirə bilər.
Futbol
784
29 Aprel , 2020 05:42
İngiltərə Premyer Liqasının başlanması tarixi məlum oldu

Koronavirus pandemiyasına görə dayandırılmış İngiltərə Premyer Liqası mövsümü iyunun 13-də davam etdirə bilər.

“Report” xəbər verir ki, bu barədə “Mirror” bildirib.

Məlumata görə, liqa rəhbərliyi artıq çempionatın davamının müddəti barədə klublara, futbolçulara və məşqçilərə məktubla müraciət edib. Komandalar qrup məşqlərini may ortalarında başlayacaqlar. Son qərarı isə Böyük Britaniya hökuməti verməlidir.

Qeyd edilir ki, bu işlə Britaniyanın mədəniyyəti naziri Oliver Dauden məşğul olur. O, həmçinin başqa kütləvi tədbirlərin keçirilməsinə məsuliyyət daşıyır. Məlumata görə, nazir məhdudiyyətlərin ləğvi haqqında "məhsuldar danışıqlar” keçirib.

İngiltərə Premyer Liqasının klubları turnirin 8 iyunda davam etdirilməsi məsələsini mayın 1-də müzakirə edəcəklər. 

Son xəbərlər

Orphus sistemi