İngiltərə Premyer Liqası: "Mançester Siti" "Everton"a qalib gəlib

İngiltərə Premyer Liqası: "Mançester Siti" "Everton"a qalib gəlib Futbol üzrə İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində Mançester Siti öz meydanında Evertonu qəbul edib.
Futbol
1 Yanvar , 2020 23:24
İngiltərə Premyer Liqası: Mançester Siti Evertona qalib gəlib

Futbol üzrə İngiltərə Premyer Liqasının 21-ci turu çərçivəsində "Mançester Siti" öz meydanında "Everton"u qəbul edib.

"Report" xəbər verir ki, qarşılaşma meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşma "Etihad Stadium" stadionunda baş tutub. Meydan sahibləri matçın 51-ci dəqiqəsində hesabda irəli çıxıblar. Braziliyalı Qabriel Jezus komandasının ilk qolunu vurub. Bu qoldan 6 dəqiqə sonda "Mançester Siti" yenidən azarkeşlərini sevindirib. Meydan sahiblərinin heyətində ikinci qolu da rəqibin qapısından Qabriel Jezus keçirib.

"Mançester Siti" İngiltərə Premyer Liqasının turnir cədvəlində 41 xalla 3-cü yerdə qərarlaşıb. İyirmi beş xalı olan "Everton" yarış cədvəlində 10-cu yerdədir. "Everton" mövsümün gedişində baş məşqçini dəyişib. Mark Silva istefaya göndərilib və onu Karlo Ançelotti əvəzləyib. 

Qeyd edək ki, turun start matçında "Brayton end Houv Albion" "Çelsi"ni qəbul edib. Qarşılaşma 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

Son xəbərlər

Orphus sistemi