İngiltərə Premyer Liqası: "Çelsi" "Brayton"la bacara bilməyib

İngiltərə Premyer Liqası: "Çelsi" "Brayton"la bacara bilməyib Braytonda futbol üzrə İngiltərə Premyer Liqasının 21-ci turunun start matçı başa çatıb.
Futbol
1 Yanvar , 2020 22:00
İngiltərə Premyer Liqası: Çelsi Braytonla bacara bilməyib

Braytonda futbol üzrə İngiltərə Premyer Liqasının 21-ci turunun start matçı başa çatıb.

"Report" xəbər verir ki, "Brayton end Houv Albion" "Çelsi"ni qəbul edib.

Qarşılaşma 1:1 hesablı heç-heçə ilə qurtarıb.

Hesabı 10-cu dəqiqədə qonaqlar açıb. "Çelsi" künc zərbəsindən hesabda önə çıxıb. Qonaqların heyətində kapitan fərqlənib.

Meydan sahibləri yalnız görüşün sonunda buraxılan qolun əvəzini çıxa biliblər. 84-cü dəqiqədə "Brayton" hesabı bərabərləşdirə bilib.

"Çelsi" 36 xalla İngiltərə Premyer Liqasının yarış cədvəlində 4-cü yeri tutur. "Brayton" 24 xalla 13-cü yerdə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi