İngiltərə millisinin qapıçısı qarət olunub

İngiltərə millisinin qapıçısı qarət olunub Qarətçilər Co Hartın telefonunu, pul qabını və saatını alıblar
Futbol
21 Oktyabr , 2017 15:28
İngiltərə millisinin qapıçısı qarət olunub

Bakı. 21 oktyabr. REPORT.AZ/ Futbol üzrə İngiltərə millisinin və “Vest Hem” klubunun qapıçısı Co Hart qarət olunub.

“Report” “The Sun” qəzetinə istinadən xəbər verir ki, hadisə paytaxt Londonda, “Vest Hem”in təlim-məşq bazasının yaxınlığında baş verib.

Qarətçilər avtomobilinə əyşləmək istəyən futbolçuya yaxınlaşaraq onu silahla tədid edərək telefonunu, pul qabını və saatı alıblar. Cinayətkarlar dərhal hadisə yerindən uzaqlaşıblar.

Qeyd edək ki, iki ay əvvəl J.Hartın dəyəri 100 min funt sterlinq olan avtomobili oğurlanıb.

İngilis versiyası England goalkeeper robbed

Son xəbərlər

Orphus sistemi