İngiltərə millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb

İngiltərə millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb Bakı. 4 oktyabr. REPORT.AZ/ Futbol üzrə İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeytin müqaviləsinin müddəti uzadılıb.
Futbol
4 Oktyabr , 2018 17:26
İngiltərə millisinin baş məşqçisi ilə yeni müqavilə imzalanıb

Bakı. 4 oktyabr. REPORT.AZ/ Futbol üzrə İngiltərə milli komandasının baş məşqçisi Qaret Sautqeytin müqaviləsinin müddəti uzadılıb.

"Report"un İngiltərə Futbol Assosiasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 48 yaşlı mütəxəssisin yeni sözləşməsi 2022-ci ilədək nəzərdə tutulub.

Qeyd edək ki, Sautqeyt 2016-ci ildən İngiltərə milli komandasının baş məşqçisi vəzifəsində çalışır. Onun əvvəlki müqaviləsinin müddəti 2020-ci ilə qədər idi.

Manaf QASIMBƏYLİ

Son xəbərlər

Orphus sistemi