İngiltərə klubunun stadionunda Ben Ladenin portreti peyda oldu

İngiltərə klubunun stadionunda Ben Ladenin portreti peyda oldu Futbol İngiltərə Çempionşipində çıxış edən Lids klubu qalmaqalla üzləşib.
Futbol
24 İyun , 2020 22:33
İngiltərə klubunun stadionunda Ben Ladenin portreti peyda oldu

Futbol İngiltərə Çempionşipində çıxış edən "Lids" klubu qalmaqalla üzləşib.

"Report"un məlumatına görə, "ağlar"a məxsus "Elland Roud" stadionunda terrorçu "Əl-Kaida" təşkilatının lideri Usama Ben Ladenin portreti peyda olub. Klub dərhal Ben Ladenin fotosunu tribunadan götürüb və bir daha təhqiramiz təsvirlərin yer almasına imkan verməyəcək.

Qeyd edək ki, Çempionşipin oyunları koronavirus pandemiyası üzündən azarkeşsiz keçirilir. Klublar fanatlara özləri və ya yaxınlarının fotolarını yerləşdirməyi təklif ediblər.   

Son xəbərlər

Orphus sistemi